Ana səhifə » Haqqımızda

Biz kimik?

MedGuide, tibbi turizm, həkimlər, tibb tələbələri və xəstələr üçün ixtisaslaşmış təcrübə proqramları sahəsində fəaliyyət göstərən peşəkar komandadır. Bizim əsas məqsədimiz, vaxtınıza və resurslarınıza qənaət edərək sizə güvənli və yüksək keyfiyyətli xidmətlər təqdim etməkdir.
 

Niyə MedGuide?

Tibbi turizm sahəsində liderliyimizi qoruyaraq, gələcəyin peşəkarlarını dəstəkləyirik və xəstələrə müasir tibbi xidmətlər təqdim edirik. Tibb tələbələri üçün xüsusi olaraq hazırlanmış sərfəli və praktiki təcrübə proqramları təklif edir, xəstələrə isə beynəlxalq səviyyədə keyfiyyətli və etibarlı tibbi xidmətlər təqdim edirik. Xəstələrimiz üçün ən yaxşı müalicə imkanlarını təmin etmək məqsədilə etibarlı bələdçi rolunu oynayırıq.
 
Health Choice – Sağlam Seçim!
 
MedGuide ilə sağlamlığınıza və peşəkar gələcəyinizə etibarlı addım atın!

Missiyamız

Məqsədimiz, ölkəmizi nüfuzlu tibbi turizm mərkəzi olaraq tanıtmaq, Azərbaycanı beynəlxalq arenada tibbi turizm sahəsində lider mövqeyə yüksəltmək, pasiyentlərə yüksək standartlara uyğun tibbi xidmətlər təqdim etmək və tibb işçiləri üçün peşəkar inkişaf və təcrübə mühitini təmin etməkdir.

Vizyonumuz

MedGuide olaraq, sağlamlığınızın və rifahınızın təminatçısı olmaq, etibarlı, yüksək keyfiyyətli tibbi xidmətlərimizlə həyatınıza dəyər qatmaqdır.

Dəyərlərimiz

Səmərəlilik, Etibarlılıq və Dəqiqlik: hər bir addımımızda güvənə əsaslanan, yüksək keyfiyyətli və dəqiq xidmət təqdim etməyi təmin edən dəyişməz prinsiplərimizdir.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.